01.09.2008
İsuzu Motors Limited şirkətinin Presidenti adından, AZAUTO şirkətinə mükafat təgdim olundu.
01.07.2008
Ukrayna prezidentinin adından Heydər Əliyev fonduna İSUZU Bogdan markalı məktəbli avtobusu hədiyyə edilmişdir
15.06.2008
İsuzu markalı sərnişin avtobuslarının təqdimatı

AZAUTO şirkəti İSUZU markasının Azərbaycanda rəsmi dileri olarag 2005-cı ildə fəaliyyət göstərsə də, bazarda 1996-cı ildən mövcuddur. Yarandığı andan etibarən şirkət Azərbaycanda kommersiya avtomobilləri bazarının inkişafında fəal iştirak edərək İsuzu şassisi üzərində istehsal olunmuş rahat və təhlükəsiz sərnişin avtobuslarının, bir çox sahələrdə istifadə olunan müxtəlif tipli texnika vasitələrinin realizasiyası ilə məşquldur.

Fəaliyyətimizin bir seqmenti Yaponiya istehsalı olan aşağı və orta tonnajlı yük avtomobillərinin gətirilməsi və quru qida məhsullarının daşınması üçün zəruri olan standart furqonların və refrijeratorların montajı ilə bağlıdır.

Həmçinin Yaponiyanın TCM şirkətinin istehsalı olan 1,5 tondan 25 tona qədər yükgötürmə qabiliyyəti ilə fərqlənən, yükün anbar-daxili işlənməsində əvəzolunmaz köməkçi kimi qəbul olunan dizelli yükləyicilərin satışı da bizim fəaliyyət dairəmizə aiddir.

Təkmilləşdirilmiş və təhlükəsiz şəhər nəqliyyatı sisteminin tələblərinə cavab verən avtobuslara olan böyük tələbatın mövcud olması şəraitində, AZAUTO şirkəti sərnişin daşınmada təhlükəsizliyə dair müasir beynəlxalq standartlara uyğun İSUZU markalı Türkiyə, Ukrayna və Özbəkistan istehsalı olan sərnişin avtobuslarının təqdim olunmasında da öz xidmətlərini təklif edir. Həmin avtobusların Euro-2 normalarına cavab verən dizel mühərrikləri ilə təchiz olunması ətraf mühitin çirklənmə səviyyəsini xeyli azaldarag hal-hazırda böyük aktuallıqla müzakirə olunan məsələdə öz müsbət cəhəti ilə də fərqlənir.

Şəhərdaxili və şəhərlər arası reyslər üçün nəzərdə tutulan 50 sərnişin tərkinə alabiləcək avtobuslarla yanaşı, şirkət həmçinin ölkə bazarına komfortluğu və yığcamlığı ilə heyrətləndirən turistik və xidməti avtobusların idxalı ilə məşquldur.

Şirkətimiz həmçinin Yaponiya, Türkiyə və Ukrayna istehsalı olan orijinal ehtiyyat hissələrin təchizatı ilə təmin edir. Beləliklə, şirkətin bütün səyləri müştərilərə yönəlmiş xidmət səviyyəsinin artırılmasına və təqdim olunan hər növ texnikanın Azərbaycan bazarında sürətlə irəliləməsinə yönəlmişdir.

Site by DreamArt ® 2008
All Rights Reserved
Azərbaycan, Bakı 1025 Yusif Səfərov küç. 25
Tel.:(+994 12) 418-40-60/70/80
Fax:(+994 12) 418-40-49
e-mail:office@azcarco.com