İsuzu markalı sərnişin avtobuslarının təqdimatı
22.05.2008
Müasir və təhlükəsiz şəhər nəqliyyatı sisteminin tələblərinə cavab verən avtobuslara olan böyük tələbatın ödənilməsində AZAUTO şirkətinin təklif etdiyi İsuzu sərnişin avtobusları
AZAUTO şirkəti İSUZU markasının Azərbaycanda rəsmi dileri olarag 2005-cı ildən fəaliyyət göstərir. Yarandığı andan etibarən şirkət Azərbaycanda kommersiya avtomobilləri bazarının inkişafında fəal iştirak edərək İsuzu şassisi üzərində bir çox ölkənin istehsal etdiyi rahat və təhlükəsiz sərnişin avtobuslarının, bir çox sahələrdə istifadə olunan müxtəlif tipli xüsusi texnika vasitələrinin satışı ilə məşquldur.
Müasir və təhlükəsiz şəhər nəqliyyatı sisteminin tələblərinə cavab verən avtobuslara olan böyük tələbatın mövcud olması şəraitində, AZAUTO şirkəti sərnişin daşınmada beynəlxalq təhlükəsizlik standartlarına uyğun olan Yaponiya ilə birgə Türkiyə, Ukrayna və Özbəkistanda istehsal olunan İsuzu markalı sərnişin avtobuslarının geniş təqdim olunmasında da öz xidmətlərini təklif edir.
Qeyd etmək lazımdır ki, tərəfdaşımız Anadolu İsuzu Otomotiv Sanayi artıq 1983-cü ildən etibarən Türkiyədə ilk olaraq Türkiyə - Yaponiya birgə müəssisəsi kimi tanınır və İsuzu texnologiyası əsasında istehsal etdiyi məhsulu dünyanın 50-dən artıq ölkəsinə ixrac edir. AİOS zavodlarında keyfiyyətin təminatına nəzarət edən sertifikatlaşdırılmış sistem İSO 9001-2000 standartına uyğundur.
Həmin avtobusların Euro-2 normalarına cavab verən dizel mühərrikləri ilə təchiz olunması ətraf mühitin çirklənmə səviyyəsini xeyli azaldarag hal-hazırda böyük aktuallıqla müzakirə olunan ekoloji məsələlərin həllində öz müsbət cəhəti ilə də fərqlənir.
Şəhərdaxili və şəhərlər arası sərnişin daşıma üçün nəzərdə tutulan 50 nəfərə dək tutumu olan avtobuslarla yanaşı, həmçinin ölkə bazarına komfortluğu və yığcamlığı ilə heyrətləndirən turistik və xidməti avtobusların idxalı ilə də məşquldur.
Şirkətin bütün səyləri müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə və təqdim olunan hər növ texnikanın Azərbaycan bazarında sürətlə irəliləməsinə yönəlmişdir.
1. Tədbirin açılış nitqini Azauto şirkətinin direktoru cənab Fərəc Rəsulzadə söyləyəcək.
2. Daha sonra Anadolu İsuzu Otomotiv Sanayi ixracat departamentinin rəisi cənab Tunc Karabulut təqdim etdikləri məhsul barədə məlumat verəcək.
3. İTOCHU Corporation Türkiyə bölməsinin təmsilçisi cənab Selim Berker İsuzu brendinin Azərbaycan bazarında yeri və inkişafı haqqında
4. İTOCHU Corporation Azərbaycan təmsilçiliyinin rəhbəri cənab Toşixiro Suqiura birgə fəaliyyətin genişlənməsi haqqında
5. ARDNŞ Sosial İnkişaf İdarəsinin Nəqliyyat Departamentinin direktoru cənab Elçin Zülfüqarovun nitqi
Tamamilə türk mühəndisləri tərəfindən hazırlanmış İsuzu Urban modeli Anadolu İsuzu-nun 25 illik təcrübəsinin bəhrəsidir. Müştərilərin tələblərinə və ehtiyaclarına görə daim yenilənərək bugünki görünüşə sahib olan Urban modeli sərnişin daşımada möhkəm mühərriki, sərfiyyat baxımından qənaətliliyi və yüksək manevrlilik qabiliyyəti ilə bir çox ölkələrdə rəğbət qazanmışdır.
İSUZU mühərriki və aqreqat bazası üzərində istehsal olunan URBAN markalı sərnişin avtobusu güclü, rahat, qənaətçil həm də kilidlənmə əleyhinə ABS, LSV funksiyaları ilə təqdim olunaraq təhlükəsizliyə və rahatlığa tam riayət edir.
İSUZU seriyasının Roybus avtobusları yenilənmiş qabaq hissəsi, radiator barmaqlığı ilə indi daha yaraşıqlı dizayna sahib olub. Arxa pnevmatik asma sistemi, havalı əyləc sistemi, ABS, LSV və əyləc qəliblərinin avtomatik idarə olunma funksiyası ilə İSUZU tərərfindən təqdim olunmuş texnologiyaya tam sadiq olduğunu təsdiq edir.